Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə “Sent-Etyen”lə 1:1 bərabərə qalan “Qarabağ” Qəbələyə gəlib.
Korner.Az-ın məlumatına əsasən, komanda bu gün Qəbələdə qalacaq.
Sabahdan Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının 14-cü turunda keçiriləcək “Simurq”a qarşı oyununun hazırlıqlarına start verəcək.
Qeyd edək ki, “Simurq” – “Qarabağ” matçı noyabrın 30-u, saat 17:00-da başlayacaq.
