“Qarabağ” “Qəbələ”yə, “Araz-Naxçıvan” “Şamaxı”ya qalib gəldi
21.12.2025 , 19:30
Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində bu gün daha iki qarşılaşma keçirilib.
Korner.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşıb. Gərgin keçən matçda Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Günün növbəti görüşü Naxçıvanda baş tutub. “Araz-Naxçıvan” doğma azarkeşləri önündə “Şamaxı”nı qəbul edib və oyunu 2 cavabsız qolla qalib başa vurub.
21 dekabr (bazar)
Azərbaycan Premyer Liqası
16-cı tur
17:30. “Araz-Naxçıvan” – “Şamaxı” – 2:0
Qol: Patrik Andrade, 54, Şarl Boli, 87
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
“Liv Bona Dea Arena”
15:00. “Qəbələ” – “Qarabağ” – 1:2
Qol: Prins Ovusu, 6 (1:0), Bədavi Hüseynov, 27 (1:1), Marko Yankoviç, 79 (1:2)
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Qəbələ şəhər stadionu