“Qarabağ” – “Qəbələ” oyununun vaxtı dəyişdirildi
28.04.2023 , 13:16

Azərbaycan Premyer Liqasının 33-cü turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” oyununun vaxtı dəyişdirilib.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, görüş əvvəldən nəzərdə tutulduğu tarixdə – mayın 6-da keçirməyəcək.
Buna səbəb 32-ci turun “Neftçi” – “Qarabağ” görüşünün aprelin 30-dan mayın 2-nə təxirə salınmasıdır. Ona görə də “Qarabağ”ın bir tur sonra “Qəbələ” ilə ev qarşılaşmasının mayın 8-də oynanılması qərara alınıb.
“Azersun Arena”da baş tutacaq “Qarabağ” – “Qəbələ” oyununa saat 20:00-da start veriləcək.
