Prezident İlham Əliyevin “Qarabağ”a prezidentin ehtiyat fondundan ayırdığı pulu hansı istiqamətdə xərcləyəcəyi bəlli olub.
Korner.az-ın məlumatına görə, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov 1 milyon manatın klubun infrastrukturunun gücləndirilməsinə sərf olunacağını deyib.
Qurbanov ölkə başçısı pulu klubun Avropada uğurlu çıxışına görə ayırdığını və uğurun davamı üçün infrastrukturun gücləndirilməsinin vacib olduğunu deyib. “Bəs o puldan futbolçulara mükafat ayırılacaqmı?” – sualına çalışdırıcı gülərək: “Yəqin ki, ayrılar”, – deyə cavab verib.
