“Qarabağ” Poznana belə getdi – VİDEO
04.07.2022 , 16:08

Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”lə üz-üzə gələcək “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışını başa vuraraq Polşaya gedib.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi ötən gecə axşam saatlarında Poznana çatıb. Komanda bu gün axşam Poznan stadionunda məşqə çıxacaq.
“Lex” – “Qarabağ” matçı Bakı vaxtilə saat 22:00-da start götürəcək.
