“Qarabağ”ın qış hazırlığını Türkiyədə keçəcəyi barədə məlumat vermişdik
Ağdam təmsilçisinin Antalyada qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib. Belə ki, ölkə çempionumuz Polşanın “Lexiya” klubu ilə üz-üzə gələcək. Bu barədə Qdansk təmsilçisinin rəsmi saytı məlumat yayıb. Görüş 20 yanvar tarixində baş tutacaq.
Qeyd edək ki, “Qarabağ”ın Türkiyədəki təlim-məşq toplanışı fevralın 4-nə kimi davam edəcək.
