Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “İnter” (Milan) matçının biletləri bu gündən satışa çıxarılıb.
Ağdam təmsilçisi biletlərin “qara bazar”da satılmasının qarşısını almaq üçün artıq bir sıra tədbirlər görməyə başlayıb.
Korner.az-ın məluatına görə, klubun meneceri Asif Əsgərov Qol.Az-a deyib ki, billet satışı yüksək səviyyədə həyata keçirilir: “Qara bazar”da bilet satışının qarşını almaq üçün Respublika stadionunun kassalarına öz nümayəndələrimiz nəzarət edir. Biletlərin eyni şəxlərə çox satılmasının qarşısını almaq məqsədilə klubumuz tərəfindən kassaların ətrafında mühafizəçilər yerləşdirilib. Bundan əlavə polisə də müraciət etmişik. Bildirmişik ki, azarkeşlərin bileti üzərində yazılan qiymətlərlə almalarını təmin etsinlər”.
Xatırladaq ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində keçirdiyi əvvəlki ev oyunlarında bilet satışında problemlər yaranıb.
