“Qarabağ” “Partizani”yə qarşı
17.07.2019 , 10:40

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsində cavab görüşlərinə yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxacaq. Son ölkə çempionu Albaniyada qolsuz heç-heçəyə razılaşdığı “Partizani”ni bu dəfə soğma azarkeşləri önündə qəbul edir.
Qurban Qurbanovun başçılıq etdiyi komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidi.
“Dalğa Arena”da baş tutacaq oyun 21:00-da start götürəcək və “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
16 iyul
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
21:00 “Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya)
İlk oyun – 0:0
Baş hakim: Dumitru Muntean (Moldova)
Bakı, “Dalğa Arena”
“Qarabağ”ın start “11”liyi: Vaqner, Rəşad Sadıqov (k), Rahil Məmmədov, Maksim Medvedev, Aylton, Filip Ozobiç, Riçard Almeyda, Abdulla Zubir, Miçel, Dani Kintana, Mahri Emreli
