“Qarabağ” – “Partizani” oyununun hakimləri açıqlandı
15.07.2019 , 17:47

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani”yə qarşı cavab oyununun hakimləri açıqlanıb.
Korner.az-ın məlumatına görə,oyunu Dumitru Muntean idarə edəcək.Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcəklər.Dördüncü hakim funksiyasını isə Aleksandru Tean yerinə yetirəcək.
“Qarabağ” – “Partizani” qarşılaşması iyulun 17-də “Dalğa Arena”da keçiriləcək.
