“Qarabağ”-“Partizani” oyununun biletləri satışa çıxarıldı
11.07.2019 , 17:30

“Qarabağ”-“Partizani” cavab oyununun biletləri satışa çıxarıldı.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki,biletlər bu gündən etibarən satışa çıxarılıb.Biletlərin qiyməti sektorlar üzrə 2,5,10 və 50 AZN-dir.
Qeyd edək ki,”Qarabağ” – “Partizani” qarşılaşması iyulun 17-də “Dalğa Arena”da saat 21:00-da start götürəcək.
