“Qarabağ” – “Partizani”: ehtimal heyətlər
17.07.2019 , 14:23

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında “Qarabağ” bu gün Albaniyanın “Partizani” klubunu qəbul edəcək.
Komandaların ehtimal 11-liklərini təqdim edirik:
“Qarabağ”: Vaqner Silva – Maksim Medvedev, Rahil Məmmədov, Rəşad Sadıqov, Ailton Silva – Miçel, Riçard Almeyda, Filip Ozobiç, Abdullah Zubir, Dani Kintana – Mahir Emreli.
“Partizani”: Alban Hoca – Labinot İbrahimi, Eneo Bitri, Eqzon Belitsa, Ersin Hakay – Villiam Kordeyro, Esat Mala, Bruno Teluşi, Yasir Asani – Emmanuel Mensah, Erald Çinari.
“Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.
