“Qarabağ” oyunçusu ilə müqaviləni ləğv etdi
09.09.2024 , 15:59
“Qarabağ” futbolçusu Hamidu Keytayla yolları ayırıb.
Korner.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
29 yaşlı fransalı vingerlə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.
“Qarabağ” Futbol Klubu Keytaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.