“Qarabağ” Ovusunu göndərdi – Rəsmi
30.01.2023 , 20:13

“Qarabağ” Ovusu Kvabena ilə yolları ayırıb.
Korner.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qanalı forvard Macarıstanın “Ferentsvaroş” klubuna transfer olub. Keçidin detalları açıqlanmayıb.
Ovusu 2020-ci ilin əvvəlindən “Qarabağ”da çıxış edirdi. O, bu mövsüm 18 oyunda 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
