“Qarabağ” onun üçün 300 min avro təklif edib
01.07.2018 , 16:28

“Qarabağ”ın “Verona”ya təklif göndərdiyi Nikolya Andradeninin agenti Joao Santos açıqlama verib
Agent bildirib ki, “Qarabağ” braziliyalı qolkiper üçün 300 min avro təklif edib: “Hazırda danışıqlar davam edir. Lakin anlaşa biləcəyimizi deyə bilmərəm. Çünki “Verona” Andradenin gələcək satışından 50 faiz qazanmaq istəyir və bu şərtin müqavilədə yer almasını irəli sürüb. “Qarabağ” isə buna müsbət yanaşmır”.
Qeyd edək ki, 30 yaşlı braziliyalı qapıçı 2010-cu ildən “Verona”da çıxış edir.
