“Qarabağ” onu təbrik etdi
27.03.2024 , 17:18
“Qarabağ” futbolçusu Luka Quqeşaşvilini təbrik edib.
Korner.az xəbər verir ki, klub rəsmi sosial şəbəkə hesabında bunları yazıb:
“Təbriklər, Luka!
Futbolçumuz Luka Quqeşaşvilinin çıxış etdiyi Gürcüstan yığması Avropa çempionatına vəsiqə uğrunda pley-offun finalında Yunanıstanla qarşılaşıb.
Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında qələbə qazanmış Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib”.
