“Qarabağ” qələbəni əldən verdi
25.11.2021 , 23:38

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.
Korner.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Kiprin “Omoniya” komandasını qəbul edib. Oyun 2:2 hesabı ilə bitib.
Qrupun digər matçında İsveçrənin “Bazel” komandası səfərdə “Kayrat”ın (Qazaxıstan) qonağı olub. Görüş “Bazel”in 3:2 hesablı qələbəsi ilə bitib.
Konfrans Liqası, qrup mərhələsi, 5-ci tur
25 noyabr
H qrupu
19:30 Kayrat (Qazaxıstan) – Bazel (İsveçrə) – 2:3
Baş hakim: Qoqa Kikaçeşivili (Gürcüstan)
21:45 Qarabağ – Omoniya (Kipr) – 2:2
Baş hakim: Morten Krox (Danimarka)
