“Qarabağ” “Olimpiya”ya qalib gəldi
24.08.2023 , 23:59
“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, “atlılar” pley-off mərhələsinin ilk oyununda “Olimpiya”nın (Sloveniya) qonağı olub. Görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə bitib.
Komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq.
UEFA Avropa Liqası
Pley-off mərhələsi
24 avqust
22:00 Olimpiya (Sloveniya) – Qarabağ – 0:2
Baş hakim: Giorgi Kabakov (Bolqarıstan)