“Qarabağ” – “Olimpiya” matçının hakim təyinatları açıqlandı
12.07.2018 , 15:25

Çempionlar Liqasının 1-cici təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” (Sloveniya) oyununa hakim təyinatları açıqlanıb.
Saat 21:00-da başlayacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Erez Papir
Köməkçi hakimlər: David Elias Bitton, Eliyahu Casapu
Dördüncü hakim: David Fuxman (hamısı İsrail)
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)
Hakim-inspektor: Sokol Jareçi (Albaniya)
Bu komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.
