“Qarabağ” – “Olimpiya” matçının biletləri satışa çıxarılıb
11.07.2018 , 12:18

“Qarabağ” klubu Çempionlar Liqasında I təsnifat mərhələsində Sloveniya “Olimpiya”sı ilə keçirəcəyi cavab oyununun biletlərini satışa çıxarıb
İyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmaya ən ucuz bilet 1 manatadır. Digər biletləri sektorlara uyğun olaraq, 2 manat, 3 manat, 5 manat və 10 manata almaq olar. VİP biletlər isə 50 manatadır.
Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Onları onlayn olaraq, iTicket.az saytından və 9 satış məntəqəsindən – Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Asan Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə küçəsi, 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti – Nizami küç. (Nizami k/t yaxınlığı) və Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) almaq mümkündür.
Qeyd edək ki, “Qarabağ” – “Olimpiya” matçı saat 21:00-da başlanacaq.
