“Qarabağ” “Olimpiakos”la heç-heçə etdi
13.10.2022 , 22:50

Bu gün Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” evdə Yunanıstan “Olimpiakos”unu qəbul edib. Görüş 0:0 hesablı heç-heçə ilə bitib.
Xallarının sayını 7-ə çatdıran Qurban Qurbanovun komandası G qrupunda üçüncü yeri rəsmiləşdirib.
UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur
20:45. “Qarabağ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan) – 0:0
Baş hakim: Kreyq Pauson (İngiltərə)
Xal durumu: “Frayburq” – 9, “Qarabağ” – 6, “Nant” – 3, “Olimpiakos” – 0.
