“Qarabağ” “Nyukasl”a məğlub oldu
18.02.2026 , 23:40
Bu gün “Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində meydana çıxıb.
Korner.az xəbər verir ki, Ağdam klubu Bakıda İngiltərənin “Nyukasl” komandası ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Ağdam klubunun məğlubiyyəti ilə bitib – 1:6.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
21:45. “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə) – 1:6
Qollar: Qordon, 3 (0:1), Tyau, 9 (0:2), Qordon, 32-pen. (0:3); 34 (0:4), 45-pen. (0:5), Elvin Cəfərquliyev, 54 (1:5), D.Merfi, 72 (1:6)
Tofiq Bəhramov adına Respublika Stadionu