“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı
25.02.2026 , 01:55
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmalarına start verilib.
Korner.az xəbər verir ki, Azərbaycan çempionu ”Qarabağ” səfərdə “Nyukasl”la ilə üz-üzə gəlib.
Görüşdə Ağdam klubu 2:3 hesabı ilə rəqibinə məğlub olub.
Bununla da “Qarabağ” ÇL-də mübarizəsini dayandırıb.
UEFA Çempionlar Liqası
Pley-off, cavab görüşü
25 fevral
00:00. “Nyukasl” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) – 3:2
Qollar: Sandro Tonali, 5 (1:0), Joelinton, 6 (2:0), Kamilo Duran, 51 (2:1), Sven Botman, 52 (3:1), Elvin Cəfərquliyev, 58 (3:2)