“Qarabağ” – “Nyukasl” matçının təyinatları açıqlandı
16.02.2026 , 14:54
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda baş tutacaq “Qarabağ” – “Nyukasl” oyununun hakim heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Norveçdən olan Espen Eskaas olacaq.
Ona köməkçi hakimlər Yan-Erik Engan və İsaak Elias Başevkin yardım edəcək. Dördüncü hakim funksiyası isə Siqurd Krinqstad yerinə yetirəcək.
Qeyd edək ki, oyun fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüşün start fiti 21:45-də səslənəcək.