“Qarabağ” – “Nyukasl” matçının ən yaxşısı
19.02.2026 , 09:00
“Nyukasl”ın üzvü Entoni Qordon Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı 6:1 hesabı ilə başa çatan oyunu şərh edib.
Korner.az xəbər verir ki, ingiltərəli futbolçu “Qarabağ” – “Nyukasl” qarşılaşmasının ən yaxşı oyunçusu seçilib. Bu matçda 4 dəfə fərqlənən Qordon ÇL-dəki qol sayını 10-a yüksəldərək bombardirlər siyahısında zirvəyə qalxıb.
UEFA-nın rəsmi saytına danışan hücumçu komandanın çıxışını yüksək qiymətləndirib:
“Böyük qürur hissi keçirirəm. Bu uğurda əməyi olan hər kəsə görə sevincliyəm. Komanda olaraq əla oyun nümayiş etdirdik. Matça düzgün motivasiya ilə başlamağımız əsas rol oynadı. “Qarabağ” güclü rəqibdir və səfərdə onlara qarşı oynamaq çətindir. Lakin startdan etibarən etdiyimiz pressinq oyunun axarını dəyişdi. Sonadək mübarizə apardıq və bunun nəticəsində qol şansları qazandıq”.