Futbol

“Qarabağ” “Neftçi”yə qarşı

31.07.2020 , 12:15

Qəbələdə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Korner.az xəbər verir ki, Ağdam təmsilçisi “Neftçi” ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 19:30-da start götürəcək.

19:30 “Qarabağ” – “Neftçi”
Qəbələ şəhər stadionu

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bundan əvvəl keçirdiyi yoxlama oyunlarında “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib, “Sabah”a isə 1:2 hesabı ilə məğlub olub. Avroliqa təmsilçimiz “Neftçi” isə “Sumqayıt”ı 3:0 hesabı ilə udub.

Son yazılar

Yuxarı