Premyer Liqa

“Səbail” “Keşlə”ni məğlub etdi, “Qarabağ” “Neftçi”yə qalib gəldi

15.09.2019 , 22:24

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Korner.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş keçirilib. Günün ilk qarşılaşmasında “Keşlə” “Səbail”i qəbul edib və oyunda məğlub olub – 1:2

Turun mərkəzi oyununda isə “Qarabağ” “Neftçi” ilə üz-üzə gəlib. Bu görüşdən Ağdam təmsilçisi qalib ayrılıb – 2:0

Azərbaycan Premyer Liqası
IV tur
15 sentyabr

18:00. “Keşlə” – “Səbail” – 1:2

Qollar: Mirabdulla Abbasov, 18; 31(pen), Lorenzo, 54
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Bakı. “Bakcell Arena”

20:30. “Qarabağ” – “Neftçi” – 2:0

Qol: Mahir Emreli, Abdullah Zubir, 68
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Son yazılar

Yuxarı