“Qarabağ” “Neftç ilə heç-heçəyə razılaşdı
27.02.2023 , 21:59

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq.
Korner.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub. Lider “Qarabağ” əzəli rəqibi “Neftçi”ni qəbul edib. “Azərsun Arena”da baş tutan görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Komandalar arasında bu mövsüm keçirilən iki matçda da “Qarabağ” qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XXIV tur
27 fevral
20:00 Qarabağ – Neftçi – 1:1
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”
