“Zirə” “Keşlə”yə, “Qarabağ” “Neftçi”yə qalib gəldi
30.10.2021 , 20:28

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. Əvvəlcə “Zirə” “Keşlə”ni qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.
Günün digər görüşündə lider “Qarabağ” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Ağdan klubu 4 cavabsız qolla qələbə qazanıb.
30 oktyabr
16:00. “Zirə” – “Keşlə” – 2:0
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu.
Zirə İdman Kompleksinin stadionu
18:30. “Qarabağ” – “Neftçi” – 4:0
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli.
Bakı. “Azərsun Arena”
