“Qarabağ” “Neftçi”ni darmadağın etdi
04.05.2024 , 21:20

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib.
Korner.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçirilib.
Əvvəlcə “Kəpəz” “Sumqayıt”ı qəbul edib. Görüş heç-heçə ilə bitib – 1:1.
Turun mərkəzi qarşılaşmasında isə “Qarabağ” “Neftçi” ilə qarşılaşıb. Ağdam klubu “ağ-qaralar”ı 5:0 hesabı ilə darmadağın edib.
Turun qalan oyunları sabah və birigün keçiriləcək.
Azərbaycan Premyer Liqası, 33-cü tur
4 may
Kəpəz – Sumqayıt – 1:1
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu, 16:30
Qarabağ – Neftçi – 5:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Azersun Arena” 19:30
