“Qarabağ” “Neftçi”ni darmadağın etdi
03.03.2024 , 21:03

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk oyununda “Qəbələ” “Səbail”i qəbul edib. Matç “Səbail”in qələbəsi ilə başa çatıb – 3:2. Digər görüşdə “Qarabağ” səfərdə “Neftçi” ilə üz-üzə gəlib. Derbini Ağdam klubu qazanıb a 4:1.
Azərbaycan Premyer Liqası
XXV tur
3 mart
Qəbələ – Səbail 2:3
Qollar: Urfan Abbasov, 13. Osama Xalayla, 25 – Yusif Nəbiyev, 58. Rüfət Abdullazadə, 65. Nir Bardea 90+1
Qırmızı vərəqə: Lukas Afriko, 41 (“Qəbələ”)
Baş hakim: Rauf Cabarov
Qəbələ şəhər stadionu
19:00 Neftçi – Qarabağ – 1:4
Qollar: Filip Ozobiç, 71(pen). – Nəriman Axundzadə, 47. Toral Bayramov, 60, 90+3. L.Andrade, 90+5
Baş hakim: Elçin Məsiyev
“Neftçi Arena”
