“Qarabağ” “Neftçi”yə qalib gəldi
18.12.2023 , 21:56

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
Korner.az xəbər verir ki, turun son matçında lider “Qarabağ” azarkeşləri önündə “Neftçi”ni qəbul edib.
Görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XVII tur
20:00 Qarabağ – Neftçi – 2:0
Baş hakim: Rəvan Həmzəzadə
Tofiq Bəhramov adına Respublika stadionu
