“Qarabağ” “Neftçi”yə qalib gəldi
31.07.2020 , 21:26

Qəbələdə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi “Neftçi” ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən matçda Qurban Qurbanovun komandası qalib gəlib- 1:0.
19:30 “Qarabağ” – “Neftçi” – 1:0
Qol: Bədavi Hüseynov, 50
Qəbələ şəhər stadionu
