“Qarabağ”ın Antalya hazırlığında növbəti rəqibi müəyyənləşib.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi təlim-məşq toplanışı çərçivəsində 4-cü yoxlama matçını “Turnovo”ya qarşı keçirəcək.
Makedoniya təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17:00-da, komandanın Bələkdə məskunlaşdığı “İC Santai”nin futbol meydançasında baş tutacaq.
Qeyd edək ki, az öncə “Neftçi” ilə də gücünü yoxlamışdı və 1:2 hesabı ilə uduzmuşdu.
