“Qarabağ” – “Neftçi” oyununun biletləri bu qiymətlərlə satışa çıxarılır
29.10.2021 , 18:48

“Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılır.
Korner.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri oyun günü – oktyabrın 30-u satışa çıxarılacaq.
Biletlərin qiyməti müvafiq olaraq 2, 3, 5 və 15 manat təşkil edir.
Biletləri “Azersun Arena” və “Park Bulvar”ın 2-ci mərtəbəsində yerləşən “Qarabağ” FK Fan-Şopunda, saat 10:00-dan 17:00-dək əldə etmək olar.
Oyun günü qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
