"Qarabağ" – "Neftçi" oyunundan sonra insident yaşanıb.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar"ın futbolçusu Araz Abdullayev matçdan sonra paltardəyişmə otaqları olan koridora girmək istəsə də, polislər ona mane olub.
Söhbətə qarışan "Neftçi"nin mühafizəçiləri ilə polis arasında mübahisə olub. İnsident nəticəsində mühafizəçilərdən birinin xəsarət aldığı və saxlanıldığı deyilsə də, klubun mətbuat katibi Gündüz Abbaszadə bunu təkzib edib. Oyunun AFFA nümayəndəsi Arazın cəzalı olduğu üçün koridora buraxılmadığını deyib.
