Topaz Premyer Liqasının 14-cü turunda sabah keçiriləcək “Qarabağ” – “Neftçi” oyuna hakim təyinatı açıqlanıb.
Matçın baş hakimi Fariz Yusifov olacaq. Ona Vaqif Musayev və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” görüşü sabah saat 18:30-da başlayacaq.
