“Qarabağ” – “Neftçi” oyunu Əliyar Ağayevə tapşırıldı
19.09.2020 , 16:04

Azərbaycan Premyer Liqasının III turunda sabah keçiriləcək son iki oyuna təyinatlar açıqlanıb.
Korner.az xəbər verir ki, “Zirə” – “Sabah” matçı İnqilab Məmmədova, “Qarabağ” – “Neftçi” görüşü isə FIFA referisi Əliyar Ağayevə həvalə olunub.
Azərbaycan Premyer Liqası
III tur
20 sentyabr (bazar)
18:00. “Zirə” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu
20:15. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”
Turun “Qəbələ” – “Keşlə” və “Sumqayıt” – “Səbail” görüşləri bu gün keçiriləcək.
