Bu gün Azərbaycan kubokunun final matçı çərçivəsində “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək matç üçün satışa çıxarılan biletlərdən 13 mini satılıb.
Alınan biletlərin əksəriyyəti “Qarabağ” üçün ayrılan sektorlaradı. “Neftçi”yə məxsus olan sektorlara 6 mindən çox bilet satılıb.
Qeyd edək ki, oyun saaat 20:00-da başlayacaq.
