Mayın 25-də Azərbaycan kubokunun finalında “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” matçın biletlərini bugündən etibarən satışa çıxarıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.
Qeyd edək ki, “Qarabağ” azarkeşləri üçün 1-13-cü sektorlara olan biletlər nəzərdə tutulub. 1-10-cu sektorlara biletin qiyməti 1 manat, 11-12-ci sektorlara 3 manat, 13-cü sektora isə 5 manatdır.
Xatırladaq ki, mayın 25-i keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 20:00-da start götürəcək.
