Topaz Premyer Liqanın 20-ci turunda “Netçi”nin qonağı olacaq “Qarabağ” oyuna ciddi itki ilə çıxacaq
Ağdam klubunun aparıcı oyunçusu Miçel Madera cəzalı duruma düşüb.
Son turda “Zirə” ilə görüşdə cəzalanan ispaniyalı yarımmüdafiəçi sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı martın 14-də keçiriləcək.
