"Qarabağ" klubu Unibank Premyer Liqanın 30-cu turu çərçivəsində sabah qarşılaşacağı "Neftçi" ilə oyuna hazırdır.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 25-i ölkə kubokunda "Bakı" ilə qarşılaşdıqdan sonra paytaxta dönən "Qarabağ" liderə qarşı oyuna hazırlaşıb.
"Ağ-qara"larla oyuna Qurban Qurbanovun komandası itkilərlə çıxacaq. Əfran İsmayılov zədə üzündən mövsümü bitiribsə, Namiq Yusifov 4-cü sarı vərəqəyə görə oyunu buraxmalı olacaq.
Qeyd edək ki, "Neftçi" – "Qarabağ" görüşü sabah saat 17:00-da keçiriləcək.