“Qarabağ” nə vaxt qayıdır?
04.10.2019 , 12:42

Avropa Liqasının qrup mərhələsində ötən gecə səfərdə Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşan “Qarabağ” bu gün Azərbaycana qayıdacaq.
Ağdam klubunu Bakıya gətirən təyyarənin saat 18:50-da Heydər Əliyev adına hava limanına eniş edəcəyi gözlənilir.
Xatırladaq ki, Ağdam klubu səfərdə 4:1 hesabı ilə qalib gəlib.
