“Qarabağ” yarımmüdafiəçisi Muarem Muaremlə yolları ayırıb.
Korner.az-ın məlumatına görə, qol.az-ın müxbiri ilə söhbətində klubun baş meneceri Asif Əsgərov makedoniyalı futbolçuya yeni müqavilə təklif edilmədiyini bildirib: “Muaremin “Qarabağ”la müqaviləsi başa çatıb. Müqaviləsi başa çatan oyunçu isə istədiyi kluba gedə bilər”.
Qeyd edək ki, Muarem Muarem 2012-15 mövsümündə “Qarabağ”da çıxış edib. 2015-ci ildə Türkiyənin “Eskişehirspor” klubuna keçən yarımmüdafiəçi 2016-cı ildə yenidən “Qarabağ”a qayıdıb.
