“Qarabağ” Moldovada məşqə çıxdı
23.08.2018 , 11:18

Avropa Liqasının pley-off mərhələsində səfərdə “Şerif”lə qarşılaşacaq “Qarabağ” Moldovada məşqə çıxıb.
Oyundan öncə baş tutan son məşq matçın keçiriləcəyi “Şerif Arena”da olub.
Qeyd edək ki, “Şerif” – “Qarabağ” görüşü bu gün Bakı vaxtı ilə 21:00-da başlayacaq.
