“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı
16.09.2020 , 23:53

Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçirilib. Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” Norveçin “Molde” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçirilib. Bakı vaxtı ilə saat 21:00-da başlayan matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq olan Norveç təmsilçisi 6:5 hesabı ilə qələbə qazanaraq, pley-offa çıxıb.
“Qarabağ” mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.
Çempionlar Liqası, III təsnifat mərhələsi
21:00 “Qarabağ” – “Molde” – 0:0 (5:6)
Hakimlər: Srdyan Yovanoviç, Uroş Stoykoviç, Milan Mihayloviç, Novak Simoviç
“AEK Arena”.
