“Qarabağ” – “Molde” oyununun başlama vaxtı bilindi
01.09.2020 , 12:16

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Molde” oyununun dəqiq vaxtı müəyyənləşib.
Bunu Norveç təmsilçisinin rəsmi saytı açıqlayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşün sentyabrın 16-da keçiriləcəyi bildirilib. Oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” – “Molde” cütünün qalibinin potensial rəqibi bu gün bəlli olacaq.
