Lider “Qarabağ” transfer çalışmalarına start verib.
Korner.az-a klubdan verilən məlumata görə, Ağdam təmsilçisi “İnter”in gənc müdafiəçisi Azər Salahlını heyətinə qatır.
Qurban Qurbanovun istədiyi oyunçu həm də millimizdə çıxış edir. Belə ki, Salahlı 21 yaşadək futbolçulardan ibarət millimizin kapitanıdı.
A.Salahlı sol cinah müdafiəçisidi.
