“Qarabağ” yeni mövsüm üçün transfer siyasətinə artıq start verib.
Korner.az-ın məlumatına görə, Ağdam klubu müqaviləsi başa çatan futbolçularla danışıqları başa çatdırmaq üzrədir. Artıq “Qarabağ” 2 yetirməsiylə müqaviləsini uzadıb. Ağdam klubunun yetirmələri olan Vüqar Nadirov və Maksim Medvedev komandamyla yeni müqaviləyə imza atıblar. 26 yaşlı Vüqar və 24 yaşlı Maksimlə saziş müddəti daha 2 illiyə uzadılıb.
Qeyd edək ki, Vüqar Nadirov karyerasına 2001-ci ildə “Qarabağ”da başlayıb. 2005-ci ildə Ağdam klububun sıralarını tərk etsə də, 2009-cu ildə yenidən doğma komandasına qayıdıb. Maksim isə karyerası boyunca sadəcə “Qarabağ”da top qovub. 2007-ci ilin əvvəlində “Qarabağ”da ilk oyununa çıxan müdafiəçi o vaxtdan əsas heyətin futbolçusu statusunu daşıyır.
