“Qarabağ” millimizdən göndərilən məşqçiyə həvalə olundu
14.01.2019 , 09:38

“Qarabağ”ın əvəzedici komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Ağdam təmsilçisinin ikinci komandası 16 yaşadək futbolçulardan ibarət milli komandamızdan ayrılan Azər Məmmədova həvalə olunub. Azər Məmmədov rəhbərliklə razılığa gəlib və yaxın günlərdə komandasını məşqə çıxaracaq.
Qeyd edək ki, “Qarabağ-2″nin baş məşqçisi Borçe Xristov olub. O, bundan sonra Ağdam klubunun akademiyasına nəzarət edəcək.
