“Qarabağ” “Milan”ı qabaqladı – UEFA reytinqi
17.12.2019 , 17:59

Avrokuboklarda qrup mərhələsinin oyunlarından sonra UEFA klubların reytinq sıralamasını açıqlayıb.
Korner.az xəbər verir ki, Avropa Liqasında qrup 3-cüsü olaraq mübarizəni dayandıran “Qarabağ” qitənin 71-ci komandasıdı. Ağdam təmsilçisi bu pilləni Kipr APOEL-i ilə bölüşür. “Qarabağ”la eyni qrupda yer alan və ikinci pilləni tutaraq növbəti mərhələyə çıxan Nikosiya klubu da 21.000 xala malikdi.
Son Azərbaycan çempionu 22.000 xala malik “Malmö”, “Partizan”, “Sent-Etyen”, “Rapid” və “Lester”i izləyir.
“Qarabağ” “Başakşəhər”, “Milan”, “Everton”, “Feyenoord” kimi klubları qabaqlayır.
Siyahıda yer alan digər Azərbaycan klubları – “Neftçi”, “Səbail”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3.750 xalla 274-cü yerə şərikdilər.
Reytinq cədvəlinə Madrid “Real”ı başçılıq edir. “Barselona” 2-ci, “Bavariya” 3-cüdü.
